Nazir: Təhsilin inkişafının ən vacib mərhələsi məktəbəqədər yaş dövrüdür

Nazir: Təhsilin inkişafının ən vacib mərhələsi məktəbəqədər yaş dövrüdür Təhsilin inkişafının ən vacib mərhələsi məktəbəqədər yaş dövrüdür. Bu mərhələdə baş verən dəyişikliklər azı 15-20 il sonra təsirlərini göstərməyə başlayır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, məktəbəqədər yaş dövrünün inkişafı o qədər də baha deyil.
“Burada söhbət hansısa çətin və ya mürəkkəb müdaxilələrdən getmir. Söhbət oyunla öyrətmə, uşaqlarla vaxt keçirmə, kitab oxumaqdan gedir. Ciddi qəbul olunmasa da, ailə ilə birgə axşam yeməyi yemək, uşağın təhsili ilə bağlı suallar vermək təsirlidir”, -deyə nazir əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər