Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çinə səfəri çərçivəsində Hefei şəhərindəki Anhui Universitetində olub.
Görüş zamanı universitetlər arasında əməkdaşlığın yaradılması barədə fikir mübadiləsi aparılıb.
Anhui Universitetinin prezidenti Kuang Guangli Anhui əyaləti, Hefei şəhəri və əsası 1928-ci ildə qoyulmuş universitet haqqında məlumat verib. Bildirilib ki, Anhui Universitetində 30 mindən çox tələbə təhsil alır. Bu prosesdə universitetdə fəaliyyət göstərən 22 məktəb və kafedradan olan 2600-dən çox akademik heyət iştirak edir.
BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan K.Guangli son illər Anhui Universitetində yeni texnologiyalar əsasında sənayenin inkişafı istiqamətində tədqiqatlara, materialşünaslığa, informasiya emalına, o cümlədən böyük verilənlər bazasının analizinə imkan verən tətbiqlərə xüsusi diqqət ayrıldığını qeyd edib. O, Anhui Universiteti ilə BDU arasında tələbələrin və akademik heyətin mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Rektor E.Babayev BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, Çin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. BDU-da kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən rektor Anhui Universiteti ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Qeyd edilib ki, hazırda beynəlxalq standartlara uyğun islahatların aparıldığı mərhələdə Anhui Universiteti ilə əməkdaşlıq BDU-da həyata keçirilən layihələrə əhəmiyyətli töhfə verə bilər.
E.Babayev Bakı Dövlət Universiteti, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramı üzrə səfər çərçivəsində imzalanan üçtərəfli müqavilənin ölkələrimiz arasında təhsil mübadiləsinin təşviqinə, BDU - Anhui Universiteti əməkdaşlığının daha da gücləndirilməsinə və digər istiqamətlərə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Çin dili və ədəbiyyatı ilə yanaşı, digər sahələrdə də əməkdaşlıq və ikili diplom proqramı üzrə sənədlərin imzalanması üçün razılığa gəlinib. Universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, ortaq tədbirlərin keçirilməsi, qarşılıqlı mühazirələrin və təlimlərin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılması nəzərdə tutulur.
BDU-nun rektoru E.Babayev və nümayəndə heyəti Anhui Universitetinin mövcud infrastrukturu, geniş imkanlara malik kampusu və kitabxanası ilə tanış olub. Nümayəndə heyəti universitetin nəzdində fəaliyyət göstərən, müasir elmi avadanlıq və cihazlarla təchiz olunmuş Fizika və İnformasiya Texnologiyaları İnstitutunda, Hibrid materialların quruluşu və funksional nizamlanması üzrə əsas laboratoriyada yaradılan şəraitlə və aparılan elmi-tədqiqat işləri ilə yaxından maraqlanıb. BDU-nun rektoru Anhui Universitetinin tarixinin və inkişaf yolunun nümayiş olunduğu muzeyi də ziyarət edib.
Tehsil-press.az