Çinin Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Çinin Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin nəzdində Azərbaycanşünaslıq Mərkəzində olub. Mərkəzdə keçirilən görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
Rektor E.Babayev bildirib ki, Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi Azərbaycan dövlətçiliyinin müasir tarixinə əbədi həkk olunub. Azərbaycan-Çin dostluğunun təməli də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Rektor Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyib, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi və “Heydər Əliyev İli”nin elan olunduğu ildə BDU-dan olan nümayəndə heyətinin ÇXR-ə səfərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sonra rektor Elçin Babayev Anhui Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzində yaradılan şəraitə görə prezident Kuang Guangliyə minnətdarlığını bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər