Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə görülən işlər təhsilalan və təhsilverənlərə geniş imkanlar yaratdı

Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə görülən işlər təhsilalan və təhsilverənlərə geniş imkanlar yaratdı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı panel çıxışlarla davam edir.
“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili” panelində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 1191 məktəbin istifadəyə verildiyini söyləyib. Bildirib ki, Heydər Əliyevin fəaliyyəti dövründə məktəbəqədər təhsil müəssisələri inkişaf edib, yeni təhsil müəssisələri yaradılıb.
“Həmin dövrdə ölkədə 5 yeni ali məktəb yaradıldı, peşə məktəblərinin sayı artırıldı. Görülən işlər imkan verdi ki, təhsilalan və təhsilverənlərə şərait yaradılsın.
Ulu Öndərin Azərbaycana rəhbərliyinin sovet dövründə gənclər xaricdə 250-dən çox ixtisas üzrə təhsil almaq imkanı qazanmışdılar. Həmin gənclər bu gün Azərbaycanda yüksək vəzifələrdə çalışırlar. Bu gün onlar ölkənin inkişafını təmin edirlər”, - deyə Firudin Qurbanov qeyd edib.
Daha sonra paneldə çıxış edən YAP-ın sədr müavini Əli Həsənov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, professor Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilində xidmətlərindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, Heydər Əliyev qızların təhsillinə böyük diqqət yetirib, qadınların savadlı olması, onların bu sahədə uğurlar qazanması üçün bir çox tədbirlər həyata keçirib. Onun təhsil siyasəti bu gün Azərbaycanda uğurla davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər