AAK: 13 iddiaçıya diplom və attestatlar təqdim edilib

AAK: 13 iddiaçıya diplom və attestatlar təqdim edilib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda 8 elm sahəsi üzrə elmi dərəcə və ad almış 13 iddiaçıya diplomlar və attestatlar təqdim edilib. Kimya, texnika, iqtisadiyyat, tarix və filologiya üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya diplomları təqdim olunub.
Fizika sahəsində “Yarımkeçiricilər fizikası” və “Radiasiya materialşünaslığı”, texnika elmləri sahəsində “Hava nəqliyyatının istismarı”, kimya sahəsində “Üzvi kimya”, pedaqogika sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (rus dilinin tədrisi metodikası), psixologiya sahəsində “Pedaqoji psixologiya” və tarix sahəsində “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
İddiaçılara elmlər doktoru dərəcəsinin, professor elmi adının verilməsi və xarici ölkədə verilmiş elmi dərəcə barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.
Fəlsəfə doktoru imtahanının nəticələrinin etibarlılıq müddəti haqqında qərar qəbul edilib.
Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert və dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib və müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.

Tehsil-press.az




Oxşar xəbərlər