Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov və Tədris-metodiki və analitika şöbənin müdiri professor Ziyafət Həbibova Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları İdarəsi tərəfindən keçirilən II İstanbul İnsan Resursları Forumunda iştirak ediblər.
Forum çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə birgə təlim və inkişaf fəaliyyəti istiqamətlərində fikir mübadiləsi aparılıb. Hər bir üzv qurum Türk Dövlətləri Təşkilatının 2024-cü il planları və insan resursları sahəsində əməkdaşlığa dair yol xəritəsi ilə bağlı öz fikir və təkliflərini bildirib. Növbəti gün “Cəmiyyət 5.0” (İnsan Mərkəzli Cəmiyyət) mövzusunda keçirilən Forum Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın açılış nitqi ilə başlayıb. Tədbirdə dövlət qurumları, özəl sektor təşkilatları, yerli hökumətlər və akademik ictimaiyyətdən insan resursları üzrə mütəxəssislərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, 2023-cü il 10 oktyabr tarixində Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair protokol imzalanıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın doqquzuncu iclasında imzalanmış protokol çərçivəsində iki ölkənin dövlət qulluqçularının hazırlanması və inkişafı sahəsində əməkdaşlığına dair qərar qəbul olunub. Protokola əlavə edilmiş Fəaliyyət Planında, həmçinin təhsil və insan resurslarının inkişafı ilə bağlı birgə fəaliyyətin qarşılıqlı münasibətlərə təkan verəcəyi vurğulanıb. Qeyd edilib ki, bu tədbirin əsas məqsədi insan resursları sahəsində müxtəlif ölkələrin təcrübələrini öyrənmək, insan resurslarının idarə olunması ilə bağlı perspektivləri müəyyən etmək, bu sahədə strategiyalar hazırlamaq üçün müxtəlif qurum və təşkilatların nümayəndələrini bir araya gətirmək və bu sahədə maarifləndirməni gücləndirməkdir.
Tehsil-press.az