Dövlət qulluğunda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq seminar yekunlaşıb

Dövlət qulluğunda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq seminar yekunlaşıb Dövlət İmtahan Mərkəzi (DİM), Dövlət Qulluğu üzrə Astana Regional Xab və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dövlət Qulluğu Komissiyasının birgə təşkilatçılığı ilə “21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminar keçirilib.
Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri, rektorlar, qeyri-hökumət təşkilatlarının sədrləri olmaqla, ümumilikdə 50 nəfər iştirak edib.
Qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.Sonra Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı təqdimat keçirilib.
Xatırladaq ki, 2 gün davam edən seminarın əsas məqsədi insan resurslarının idarə edilməsi siyasətində və proseslərində yaxşı təcrübələr haqqında müvafiq bilik və məlumatı paylaşmaq, eyni zamanda, Xab iştirakçısı olan ölkələrin dövlət orqanlarının insan resursları üzrə rəhbər şəxsləri arasında insan resurslarının strateji idarə edilməsinə dair müasir təcrübələr barəsində müzakirə aparmaq olub.

Tehsil-press.az


Oxşar xəbərlər