Astana Dövlət Qulluğu üzrə Regional Xab Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının “Müasir dövlət idarəetməsi: təhsil, elm, təcrübə” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfrans çərçivəsində "Dövlət idarəçiliyində insan resursları (İR) məsələləri: çətinliklər və perspektivlər" adlı panel sessiya təşkil edib. Panel sessiyanın məqsədi üzv ölkələrinin dövlət qulluğunun inkişaf tendensiyaları, İR proseslərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi, o cümlədən İR idarəetməsinin aktual problemlərinin müzakirəsi olub.
Regional Xabın rəhbər komitəsinin sədri, Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru və Qırğız Respublikası Dövlət Kadrlar Xidmətinin direktoru açılış nitqləri ilə çıxış edərək ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında Regional Xabın mühüm rolunu vurğulayıblar.
Tədbirdə Mərkəzin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov təmsil etdiyi qurumun Azərbaycan Respublikasının dövlət qulluğu sisteminin kadr siyasətində islahatların aparılması istiqamətində həyata keçirdiyi fəaliyyəti haqqında məlumat verib və sualları cavablandırıb.
Tədbirdə, həmçinin DİM-in icraçı direktoru Vəfadar Misirov, strateji inkişaf və dövlət qulluğu məsələləri şöbələrinin müdirləri iştirak edərək Regional Xaba üzv olan ölkələrin dövlət qulluğunda İR-in idarə edilməsi prosesinin təşkili və təkmilləşdirilməsi üzrə islahatlarla tanış olub, müzakirələrə qoşulublar.
Tədbir suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, Regional Xab üzv ölkələr arasında (hazırda 42 ölkə) dövlət qulluğu sahəsində yeniliklərin müzakirəsi və qabaqcıl təcrübənin mübadiləsi üçün vahid platformadır. Regional Xabın dünyanın müxtəlif ölkələrindən dövlət qulluğu islahatı sahəsində tətbiqi bilik və təcrübə baxımından zəngin olan 70-dən çox institusional tərəfdaşı var.
Tehsil-press.az