İsveçdə şaxta səbəbindən 3 minə yaxın ev işıqsız qalıb

İsveçdə şaxta səbəbindən 3 minə yaxın ev işıqsız qalıb İsveçin şimalındakı Elvsbyn bələdiyyəsində şiddətli şaxtalar səbəbindən 3 minə yaxın ev işıqsız qalıb.
“Cümə axşamı soyuq həqiqətən Elvsbyn bələdiyyəsinə ziyan vurdu. 3 minə yaxın ev işıqsız qalıb”, - nəşr yazır.
Qeyd olunub ki, Elvsbyndə cümə axşamı səhər temperatur -38 dərəcəni göstərib. Bununla əlaqədar olaraq ərazidə məktəbəqədər uşaq müəssisələri bağlanıb, qocalar evlərində ehtiyat generatorlar işə salınıb. Telekommunikasiya şirkəti “Telia”nın da şəbəkəsi soyuq hava səbəbinə görə sıradan çıxıb.

Tehsil-press.az


Oxşar xəbərlər