ABŞ-dan açıqlama: Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir

ABŞ-dan açıqlama: Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dəstəyini davam etdirdiyini açıqlayıb.
Kirbi gündəlik mətbuat brifinqində Türkiyəyə F-16 satışını qiymətləndirib.
“Vəzifəyə gəldiyimiz gündən bu mövzuda ardıcıl siyasi mövqeyimiz var. Əlavə F-16-ların satışına və modernləşdirilməsinə dəstək verməyə davam edirik”, -deyə o, bildirib.
Con Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt göndəriləcəyi və satış cədvəli ilə bağlı dəqiq bir tarix deyə bilməyəcəyini söyləyib.

Tehsil-press.az



Oxşar xəbərlər