Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır

Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.
Bu barədə Yaponiyanın “Kyodo” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Şimali Koreya bu günə qədər təklifə müsbət cavab verməyib. Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, - deyə C.Kirbi qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər