“Heyrətamiz Hörümçək adam №1” komiksinin nadir nüsxəsi 1 milyon dollardan baha satılıb

“Heyrətamiz Hörümçək adam №1” komiksinin nadir nüsxəsi 1 milyon dollardan baha satılıb 1963-cü ilin martında dərc edilən komiks hərracda rekord məbləğə - 1,38 milyon dollara satılıb. Bu komiks “Heyrətamiz Hörümçək adam №1” versiyasının “Certified Guaranty Company” (CGC) Komikslərin Qiymətləndirilməsi Xidməti tərəfindən “İdeal vəziyyətə yaxın” reytinqini alan iki nüsxəsindən biridir.
Nüsxə ötən ilin iyulunda cəmi 520 min 380 dollara satılan CGC versiyasından üç dəfə baha satılıb.
Rəssam Stiv Ditko və yazıçı Sten Li tərəfindən yaradılan Piter Parker və onun eqo alteri “Hörümçək adam” ilk dəfə “Marvel” studiyası tərəfindən 1962-ci ilin avqustunda “Heyrətamiz Fantaziya” (Amazing Fantasy) antologiyalar seriyasında buraxılıb. Bir neçə ay sonra dərc edilən “Heyrətamiz Hörümçək adam” seriyasında o vaxtdan 2022-ci ilədək 900 komiks buraxılıb.
“Bu il sözügedən komikslərin rekord qiymətə satılması kolleksiyaçıların bu mədəniyyət incilərinə olan böyük marağının təzahürüdür”, – deyə CGC prezidenti Mett Nelson bildirib.
“Heyrətamiz Hörümçək adam №1” komiksi Hörümçək adamın yaranma tarixçəsindən bəhs edir və “Fantastik dördlüyün” birinci krossoveri hesab olunur. M.Nelsonun dediyinə görə, bu krossover Hörümçək adam franşizasında ən əhəmiyyətli kitablardan biridir.
“Bu gün komikslər bazarında bu nüsxənin əldə edilməsi həyatda bir dəfə ələ düşən nadir fürsətlərdən biridir”, – deyə o əlavə edib.

Tehsil-press.az





Oxşar xəbərlər