Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı

Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı İtaliyalı rəssam Sandra Bottiçellinin (1445-1510) “Kədərlərin əri” (“Man of Sorrows”) əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.
Bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.
Qeyd olunur ki, əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılırdı. Portretin sahibi onu 1993-cü ildə almışdı. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.
“Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmır.

Tehsil-press.az


Oxşar xəbərlər