Gürcüstan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən panellərdən birində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün təkcə tərəfdaş deyil, həm də qardaş ölkələrdir.
O, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar platforması kimi Tbilisini təklif edib.
Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin mövqeyi ikitərəfli səviyyədə münasibətlərin olmasıdır və bu, düzgün yoldur.
“Biz başa düşürük ki, bu regionda çoxlu oyunçular var. Əlavə edərdim ki, mən Azərbaycan və Ermənistan liderlərinin bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəmələri barədə mövqeyini bilirəm. Şəxsən mən hesab edirəm ki, bu, düzgün mövqedir. Çünki vasitəçilərin sayının, maraqlı tərəflərin çox olması prosesi bəzən daha da münaqişəli və qeyri-məhsuldar edir”, - deyə Qaribaşvili vurğulayıb.
Tehsil-press.az