Gürcüstan enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə qlobal təsir göstərən strateji əhəmiyyətə malik bir neçə yüksək səviyyəli layihəyə start verib.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 4-cü İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qara dəniz sualtı elektrik ötürücü kabeli Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında yaşıl enerji ticarətini asanlaşdıracaq, həmçinin bərpa olunan enerji və hidrogen istehsalını təşviq edəcək.
Baş nazir deyib ki, 2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanan strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən sərfəli saziş hesab edir: “Biz gözləyirik ki, 2024-cü ildə layihənin tam texniki-iqtisadi tədqiqi aparılacaq. Həmçinin bu sualtı elektrik kabeli ilə paralel olaraq, fiberoptik kabel də Cənub-Şərqi Avropanı Cənubi Qafqazla birbaşa birləşdirəcək”.
Bundan əlavə, Qara dənizdə bərə hərəkəti aktivləşdiriləcək ki, bu da Gürcüstanı Rumıniya və Bolqarıstanla birləşdirəcək və xüsusilə Orta Dəhliz boyu beynəlxalq daşımaları gücləndirəcək. Həmçinin Qara dənizdə nəqliyyat marşrutlarının rəqəmsallaşdırılması bu dəhlizin inkişafı üçün növbəti addımdır.
Gürcüstan hökuməti ölkənin dəmir yollarının tutumunu ikiqat artıracaq iddialı dəmir yolunun modernləşdirilməsi layihəsinə start verib.
“Gürcüstan Şərq-Qərb magistralına sərmayə qoyur və inanırıq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti də 2024-cü ildə tamamlanacaq”, - deyə Qaribaşvili vurğulayıb.
Tehsil-press.az