Kosovonun gələn aydan avrodan istifadəyə keçmək niyyəti ölkənin şimalındakı bələdiyyələrdə yaşayan serblər tərəfindən narazılıqla qarşılanıb.
Serb dinarından istifadəni məhdudlaşdıracaq bu qərar Kosovo ilə Serbiya arasında yenidən gərginliyə səbəb olub. Serbiya Prezidenti Aleksandar Vuçiç yeni tənzimləmənin narahatlıq doğurduğunu qeyd edib.
Serbiya tərəfi serb dinarını dövriyyədən çıxaracaq tənzimləmənin serblərin silahdan istifadə etmədən sürgün edilməsi demək olacağını və serb xalqının fiziki varlığını birbaşa təhlükə altına salacağını bildirir.
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano Avrokomissiyanın Kosovo hökumətinin qərarını nəzərdən keçirdiyini deyib, tərəfləri iki ölkə arasında normallaşma prosesinə mənfi təsir edəcək hərəkətlərdən çəkinməyə çağırıb.
Hazırda Kosovoda serblərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrində ödəniş üçün əsasən serb dinarından istifadə olunur. Kosovodakı serb müəssisələrində çalışanların maaşları, pensiyaları, sosial və uşaq müavinətləri də dinarla ödənilir.
Qeyd edək ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə veriləcək. Avrodan başqa digər valyuta növləri isə yalnız fiziki formada və ya bank hesablarında saxlanıla, eləcə də beynəlxalq ödənişlər və valyuta əməliyyatlarında istifadə edilə bilər.
Tehsil-press.az