Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Elmi-tədqiqat işinin planlaşdırılması və təşkili” mövzusuna dair 3 günlük təlimə yekun vurulub.
Universitet əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli ATMU-da elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, əsas funksiyaları, vəzifələri, icraçıları, qeydiyyatı, hesabatı və s. məsələlərdən bəhs edib.
Təlimin növbəti günündə elmi innovasiyalar üzrə koordinator Sənubər Qənbərova “Doktorantura və dissertantura təhsilinin təşkili və planlaşdırılması” adlı təqdimat-çıxışında doktorantura təhsili, doktorantura üzrə ixtisasların nomenklaturası, qəbul qaydaları, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi iddiaçılarına, dissertasiya və avtoreferat işlərinə tələblər, Azərbaycan Respublikasında məqalə çapı ilə bağlı tövsiyə edilən dövri elmi nəşrlər, dissertasiyaların ilkin müzakirəyə təqdim olunması və müdafiəsinin təşkili barədə danışıb.
Elm və innovasiya şöbəsinin mütəxəssisi Hacı Qasımlı dosent, professor elmi adlarının verilməsi və vəsatətin qaldırılması tələbləri ilə yanaşı, ATMU-da antiplagiat proqramından istifadə qaydalarına aydınlıq gətirib.
Tədbir iştirakçıların suallarının cavablandırılması və sertifikatların təqdim olunması ilə başa çatıb.
Qeyd edək ki, təlim ATMU-nun Elm və innovasiya şöbəsi tərəfindən təşkil olunub.
Tehsil-press.az