“Elsevier” şirkətinin nümayəndəsi Saida Sak tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İnstitusional profil bazasının idarə edilməsi üzrə “Scopus” bazasından istifadənin təkmilləşdirilməsi istiqamətində təlim keçirilib.
Onlayn təlimdə ATMU-nun İnstitusional profil bazasının idarəedilməsi üzrə koordinatorları İranə Axundova, Sənubər Qənbərova və Elnarə Qaraşova iştirak ediblər.
Təlimdə elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, “Scopus” indeksli jurnalların metrik göstəriciləri və nəşr qaydalarına dair ətraflı məlumat verilib. Həmçinin “Elsevier” şirkətinin aparıcı tədqiqat mütəxəssisləri tərəfindən “Research Academy” platformasında praktik bacarıqlar və dayanıqlı peşəkar inkişafla bağlı müvafiq məsləhətlərdən bəhrələnmək imkanından danışılıb.
Onlayn təlimdə ATMU-nun elmi-tədqiqatlar istiqamətində fəaliyyətinin genişləndirilməsi və İnstitusional profil bazasının idarə edilməsi üzrə müzakirələr aparılıb.
Tehsil-press.az