“Turizm sahəsinin mütəxəssisi ol” adlı tədbir keçirilib

“Turizm sahəsinin mütəxəssisi ol” adlı tədbir keçirilib Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsi və “Caspian Events Organisers” şirkətinin birgə təşkilatçılığı ilə “Turizm sahəsinin mütəxəssisi ol” adlı tədbir keçirilib.
Bakının ev sahibliyi etdiyi 19-cu Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AITF 2023”) sərgisinin son günündəki bu tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri qatılıblar.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov, ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, “PMD Hospitality” şirkətinin əməliyyatlar üzrə baş direktoru Georges Ubbelohde, “Hilton Baku” hotelinin təlim üzrə nəzarətçisi Aynur Ağayevanın çıxışlarında turizm sahəsinin mütəxəssisi vəzifəsini şərtləndirən başlıca səriştələrdən, bu sahədə dünyada, o cümlədən ölkəmizdə mövcud vəziyyətdən, ATMU-da təhsil imkanları və digər məsələlərdən bəhs ediblər.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın moderatorluğu ilə təşkil olunan tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Sonra “AİTF 2023”ün layihə rəhbəri tərəfindən Orxan Musa, Georges Ubbelohde, Səidə Məmmədova və Aynur Ağayeva sertifikatlarla təltif olunublar.

Tehsil-press.az




Oxşar xəbərlər