“Onların sevinci əldən gedib” - Ceyhun Bayramov

“Onların sevinci əldən gedib” - Ceyhun Bayramov “Azərbaycan və Ermənistan arasında hər hansı müsbət addım atılarkən Fransa canfəşanlıq edir və bu canfəşanlıq məsələni gərginləşdirməkdir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
C. Bayramov bildirib ki, bu günlərdə Almaniya kanslerinin təşəbbüsü ilə keçirilən görüş kifayət qədər müsbət qiymətləndirilib:
“Bu görüşdən də dərhal sonra Fransa müdafiə naziri Ermənistana səfər etdi. Həmin görüşdə yenə bəzi açıqlamalar verdi. Bu addımlar planlı şəkildə müsbət inkişafa mane olmağa yönəlib. Azərbaycanın ərazi suverenliyini bərpa etməsi bir çox qurumları və mərkəzləri narahat edir. Amma onların sevinci əldən gedib”.

Tehsil-press.az



Oxşar xəbərlər