“Hədəf” liseyinin Azadlıq filialının 50-yə yaxın şagirdi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC-də bir gün” layihəsində iştirak edib.
UNEC-in 3 nömrəli tədris binasında keçirilən görüşdə abituriyentlərə ixtisaslar, keçid balları, xüsusi təqaüd imkanları, dünyanın müxtəlif ölkələrinin universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları və s. barədə ətraflı məlumat verilib. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Sonra abituriyentlər tədris binasındakı kitabxana, laboratoriyalar, idman zalı, tələbə yeməkxanası və auditoriyalarla tanış olublar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər, 492 68 16 telefonu ilə əlaqə saxlayaraq və ya universitetin rəsmi feysbuk, instaqram səhifələrinə yazaraq, universitetlə tanış ola bilərlər.
Tehsil-press.az