Beynəlxalq Türk Akademiyasının Türkmənistan və Qırğızıstanla birgə keçirdiyi layihələr müzakirə edilib

Beynəlxalq Türk Akademiyasının Türkmənistan və Qırğızıstanla birgə keçirdiyi layihələr müzakirə edilib Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Astanada Türkmənistanın Qazaxıstandakı səfiri Batır Recepov ilə görüşüb.
Görüşdə Türk dünyasının böyük mütəfəkkiri, türkmən ədəbiyyatının klassik şairi Məhtimqulu Fəraqinin UNESCO-nun dəstəyilə qeyd olunacaq 300 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirə edilib. Həmçinin bir sıra müştərək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Səfir Batır Rəcəpov akademik Şahin Mustafayevə göstərdiyi dəstəyə görə təşəkkür edib, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Gənclər - Vətənin dəstəyi” kitabını ona hədiyyə edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, həmçinin Qırğız Respublikasının Qazaxıstandakı səfiri Dastan Düysekeyev ilə görüşüb.
Akademik Şahin Mustafayev Qırğızıstan ilə Beynəlxalq Türk Akademiyası arasında sıx əlaqələrin mövcud olduğunu söyləyərək, həyata keçirilən layihələr barədə məlumat verib. O, ötənilki tədqiqatların nəticələrini də təqdim edib.
Səfir akademiya prezidentini Qırğızıstan Prezidenti Sadır Japarovun Qazaxıstana səfəri çərçivəsində gerçəkləşəcək beynəlxalq səviyyəli tədbirlərdə fəxri qonaq qismində iştiraka dəvət edib.
Bundan başqa, Dastan Duysekeyev bu il Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarına hazırlıq və həmin tədbirin mədəni proqramları barədə də məlumat verib.
Görüşün sonunda akademik Şahin Mustafayev Qırğızıstan səfirinə minnətdarlığını bildirib və təşəbbüsləri dəstəkləməyə hazır olduğunu ifadə edib.

Tehsil-press.az




Oxşar xəbərlər