Polimer Materialları İnstitutunda təcrübə keçən Sumqayıt Dövlət Universitetinin tələbələri üçün seminar keçirilib

Polimer Materialları İnstitutunda təcrübə keçən Sumqayıt Dövlət Universitetinin  tələbələri üçün seminar keçirilib 4-5 mart 2024-cü il tarixlərində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun (PMİ) laboratoriya və şöbələrində təcrübə keçən Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri üçün institutun Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda seminar keçirilib.

Seminarda SDU-nun Təbiət elmləri və Mühəndislik fakültələrinin tələbələrinə təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları, yanğından mühafizə tədbirləri, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında ümumi məlumat və təlimatlar verilib. Onlara təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı video-çarxlar nümayiş olunub.

2 gün davam edən seminarda Vaqif İbrahimov tələbələrə təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması və bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə tövsiyə və göstərişlər verib. Məruzəçi Respublikada son zamanlar baş verən bədbəxt hadisələr ilə bağlı tələbələri daha diqqətli olmağa çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər