Tokayev: Qazaxıstan son 80 ilin ən böyük fəlakəti ilə üz-üzədir

Tokayev: Qazaxıstan son 80 ilin ən böyük fəlakəti ilə üz-üzədir Qazaxıstanda yaz daşqınları nəticəsində baş vermiş təbii fəlakət ötən əsrin ortalarından bəri yaşanan ən böyük fəlakətdir.

Bunu xalqa müraciəti zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

“Təbii fəlakət baş verdi, onun bənzərləri uzun illərdir görünməyib. Bəlkə də bu, öz miqyasına və nəticələrinə görə son 80 il ərzində ən böyük fəlakətdir”, – prezidentin rəsmi saytında dərc olunan mətndə deyilir.

Hazırda ölkənin 10 vilayətində – Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau – hakimiyyət fövqəladə vəziyyət elan edib.

Tokayev vurğulayıb ki, vəziyyət ağırdır, lakin hakimiyyət təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün əlindən gələni edəcək. Bildirilib ki, bütün daşqın qurbanları maddi və ya digər zəruri yardım alacaqlar.

O, məmurların əməllərini də tənqid edib.
“Biz bu kütləvi daşqınlardan bütün dərsləri almalıyıq. Təbii fəlakətlərin qarşısının alınması üzrə təşkilati tədbirlərdəki çatışmazlıqlardan, su mütəxəssislərinin çatışmazlığından tutmuş təbiətə hörmətsiz münasibətimizə qədər çox şey var”, – deyə Qazaxıstan prezidenti qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər