BDU alimləri Yekaterinburqda beynəlxalq elmi konfransda çıxış ediblər

BDU alimləri Yekaterinburqda beynəlxalq elmi konfransda çıxış ediblər Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev və Slavyan ölkələri tarixi kafedrasının müdiri, dosent Abutalıb Cəlilov Rusiyanın Yekaterinburq şəhərində XXI əsrdə tarix-filologiya üzrə komparativ tədqiqatlara həsr olunmuş beynəlxalq elmi konfransda iştirak ediblər. Səfər 2019-cu ildə Ural Federal Universiteti ilə bağlanmış müqavilə əsasında baş tutub.

Dosent Abutalıb Cəlilov konfransın plenar iclasında “BDU-nun Tarix və Filologiya fakültələri: tarix və müasirlik” mövzusunda çıxış edib.

“Heydər Əliyev - dirçəliş dövrü” mövzusunda məruzə edən dosent Azad Rzayev isə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, iqtisadi islahatlar, demokratikləşmənin Azərbaycanın sosial-iqtisadi inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.

Səfər çərçivəsində Yekaterinburqda aktiv fəaliyyət göstərən Azərbaycan diasporasının sədri Şahin Şıxlınski ilə də görüş keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər