ADNSU ilə KOB Subyektləri və Klublarının Assosiasiyası arasında görüş

ADNSU ilə KOB Subyektləri və Klublarının Assosiasiyası arasında görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova və onun rəhbərlik etdiyi sahibkarlarla görüşü olub.
Görüşdə V.Əskərov ADNSU ilə istehsalat müəssisələri arasındakı əlaqələrdən danışıb. Qeyd edilib ki, universitetin sənaye müəssisələri ilə əlaqələrinin qurulması və inkişafı əsas məqsədlərdən biridir. KOB Subyektləri və Klublarının Assosiasiyası ilə əməkdaşlığın mövcudluğunu qeyd edən V.Əskərov ADNSU tələbələrinin uğurlu təcrübə keçməsində və daimi işlə təmin olunmasında, digər perspektiv layihələrin icrasında Assosiasiya ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.
Nigar Ələsgərova əməkdaşlıq çərçivəsində görüləcək işlərdən bəhs edib və tələbələrin şirkətdə təcrübə keçməsi və işlə təmin olunmasında, startap ideyalarının uğurlu biznesə çevrilməsində və digər bu kimi layihələrin gerçəkləşməsində hər zaman dəstək olacaqlarını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər