Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində həyata keçirilən “BDU qocaman müəllimlərin gözü ilə” layihəsinin ilk qonağı Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev olub.
Görüşün moderatoru, BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva layihənin əsas məqsədinin qocaman müəllimlərin iştirakı ilə BDU-nun tarixini, zəngin ənənəsini yaşatmaq və tələbələrə öyrətmək olduğunu deyib.
Daha sonra BDU-nun rektoru Elçin Babayev Universitetin həyatında önəmli yerə sahib olan Cəlil Nağıyevin fəaliyyətindən söz açıb. Bildirib ki, o, 50 ilə yaxındır Universitetin Filologiya fakültəsində yüksəkixtisaslı kadrların hazırlanması işində yaxından iştirak edir: “Universitetimizin nüfuzlu alimlərindən olan Cəlil Nağıyev çoxsaylı elmi araşdırmaların, tədris vəsaitlərinin və ən əsası, ixtisaslı, savadlı bir gənc nəslin müəllifidir. Zəngin, tarixi elm, təhsil ənənələrinə sahib BDU-da əvəzsiz xidmətləri olan
Cəlil Nağıyev tələbələrin sevimli müəllimi, xeyriyyəçi elm adamı, görkəmli filoloq alimdir”.
Rektor tələbələri Cəlil Nağıyev kimi qocaman müəllimlərdən öyrənməyə, peşəkar mütəxəssis, ölkəmizi sevən vətəndaş olmağa səsləyib: “Əminəm ki, siz BDU məzunu olmağınızla həmişə fəxr edəcək, Vətənimizin inkişafına öz töhfələrinizi verəcəksiniz. Həyatı, fəaliyyəti nümunə olan müəllimlərimiz bu yolda sizə ən yaxşı bələdçidir”.
Görüşdə professor Cəlil Nağıyev Universitetlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, ölkənin ilk ali təhsil ocağı olan BDU Azərbaycanı dünyaya tanıdan, görkəmli ziyalıların çalışdığı elm məbədidir. 50 ildir Universitetdə müəllim kimi fəaliyyət göstərdiyini deyən Cəlil Nağıyev Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Əkbər Ağayev, Fərhad Zeynalov kimi alimlərdən dərs aldığı, onların tələbəsi olduğu üçün qürur duyduğunu deyib: “Biz bu müəllimlərdən həm dərs alırdıq, həm də həyatı öyrənirdik. Azərbaycanda universitet çoxdur, amma BDU tam fərqlidir. BDU ölkənin elm, təhsil, sosial-iqtisadi və siyasi həyatında önəmli rola sahibdir. BDU-nun belə əzəmətinin səbəbi yüksək varislik ənənəsinin olmasıdır. Universitet sağlam özüllər üzərində qurulub və bu, indiyədək davam etməkdədir. BDU-nun məzunu, müəllimi olmaq böyük şərəfdir”.
Professor torpaqlarımızın azad edilməsindən sonra gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib: “Hazırda bizlər yeni erada yaşayırıq. Bu erada taleyimizdə iki böyük hadisə baş verib: birincisi, Azərbaycanın müstəqillik əldə etməsi, regionda lider dövlətə çevrilməsi, ikincisisi, Qarabağda böyük qalibiyyətimiz. 30 ildən sonra torpaqlarımızın azad edilməsi bu günün tələbələrinin çiyninə böyük məsuliyyət qoyur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu siyasət, gərgin əməyin nəticəsi öz bəhrəsini verir. Bu ənənəni davam etdirmək üçün gənclərimiz daha çox çalışmalı və Azərbaycanımzı, doğma Universitetimizi daha çox sevməlidirlər”.
Görüşün sonunda professor Cəlil Nağıyev tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az