Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” mövzusunda seminar təşkil olunub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru dosent Minarə Həsənova Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan, Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətlərində xidmətlərindən bəhs edib. O, Prezident İlham Əliyevin ötən illər ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi Zəfərlər, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir tarixi epoxasını yaratmağa nail olduğunu vurğulayıb.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının müdiri Afiq Qazıyev, Landşaft memarlığı laboratoriyasının müdiri Şəlalə Gülməmmədova və böyük elmi işçi Elnarə Salahova çıxış ediblər. Elm və təhsilin inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən söz açan əməkdaşlar Ümummilli Liderin dövlət-elm-istehsalat zəncirinin əsasını qoyduğunu, bununla da, ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişafın baş verdiyini, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi-tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıblar.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tehsil-press.az