Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə istehsalat təcrübəsi keçirlər

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə istehsalat təcrübəsi keçirlər Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və hotelçilik ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 103 nəfəri cari tədris ilinin istehsalat təcrübəsini Türkiyənin Antalya, İzmir və Bodrum şəhərlərindəki nüfuzlu hotel və turizm müəssisələrində keçirlər.
ATMU-nun tələbələri “Patika İnsan Kaynakları Danışmanlık A.Ş” şirkətinin dəstəyilə Türkiyədə müvafiq sahələr üzrə peşəkar vərdişlərə yiyələnirlər.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalya şəhərində təcrübə keçən tələbələrin iş və yaşayış şəraiti ilə tanış olub, onların mövcud problemlərini yerində həll edib. Eyni zamanda, səfər çərçivəsində müəssisə rəhbərləri işgüzar görüşlər keçirib. Karyera və kommunikasiya şöbəsinin əməkdaşları istehsalat təcrübəsi prosesində keyfiyyət problemini daim diqqət mərkəzində saxlamaqla bərabər, yeni və səmərəli metodların işlənib hazırlanmasında da maraqlıdır.
Qeyd edək ki, ATMU ali təhsil müəssisəsi olaraq tələbə kontingenti ilə yanaşı, öz məzunlarına da xüsusi qayğı göstərir. Cari tədris ilində universitet məzunlarından 10 nəfəri ixtisaslarına uyğun işlə təmin olunub.

Tehsil-press.az


Oxşar xəbərlər