“QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin BDU əməkdaşları üçün təlimi

“QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin BDU əməkdaşları üçün təlimi Nüfuzlu “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün onlayn təlim təşkil edib.

Təlimdə müxtəlif kateqoriyalar üzrə QS reytinq nəticələrinin BDU üçün əhəmiyyətindən bəhs edilib. Reytinqlərdə irəliləmə istiqamətində BDU-da görülmüş işlər haqqında agentliyin nümayəndələrinə məlumat verilib. Sonra isə təlimçilər agentliyin fəaliyyətinə və “QS Subject Ranking” kateqoriyasına dair geniş təqdimatla çıxış ediblər. Eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında BDU-nun mövcud vəziyyəti bir sıra xarici ali təhsil müəssisələri ilə müqayisəli təhlil edilib.

Sonda agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər