Baqratın bir aylıq macərasının sonu: Hədəfə çata bilmədi

Baqratın bir aylıq macərasının sonu: Hədəfə çata bilmədi Keşiş Baqrat Qalstanyanın bir aydan çoxdur davam edən aksiyaları gözlənilən nəticəni vermir.

Bunu politoloq Hayk Saakyan deyib.

“Baqratı hərəkatın baş nazirliyə namizədi seçməsəydilər, uğur qazanmaq şansı vardı, çünki o, statusuna görə zəifdir. Bəli, birləşdirici rolu öz üzərinə götürə bilərdi, amma lider qeyri-dini titul sahibi olmalıdır. Həmçinin bu, bizim siyasi ənənələrimizin məntiqinə sığmır, yepiskop da o adam deyil. Heç olmasa ikili vətəndaşlıq problemi olmasaydı, bəlkə də nəsə ola bilərdi”, - ekspert qeyd edib.

Saakyan vurğulayıb ki, baş nazirliyə namizədin ikili vətəndaşlığının olması birbaşa konstitusiya pozuntusudur: “Hələ Baqrat baş nazirliyə namizədliyini açıqladıqdan sonra söyləmişdim ki, hərəkat uğursuzluğa düçar olacaq. Konstitusiya ilə bağlı problemin olduğunu bilirdilər, amma yenə də bu problemi həll eləmədilər”.

Tehsil-press.az

Oxşar xəbərlər