Xocalıda “Çalınmayan zəng” adlı məzun günü qeyd edilib

Xocalıda “Çalınmayan zəng” adlı məzun günü qeyd edilib Xocalı şəhərində "Çalınmayan zəng" adlı məzun günü qeyd edilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Zöhrab İsayev, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev və digər rəsmi şəxslər iştirak edib.

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 1992-ci ildə məzun ola bilməyən Xocalı şəhər sakinləri Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxuyub, məzarlarına gül dəstələri qoyublar. Həmçinin şəhidlərin xatirəsinə ehtiram olaraq Xocalı çayına qərənfil gülü atılıb.

İctimai Birliyinin sədri Ceyran Əzizova bildirib ki, tədbirin əsas məqsədi 1992-ci ildə məzun ola bilməyib 32 ildən sonra azad Xocalıya ilk dəfə qədəm qoyanların arzularının reallaşdırılmasıdır.

Tədbirdə iştirak edən 1992-ci ildə məzun ola bilməyən Ayna Novruzova qeyd edib ki, bu gün onlar üçün sevindirici gündür:

"Bu gün sevincli olduğumuz qədər həm də qüssəliyik. Hər bir kəsin arzusudur ki, 11 il oxusun və sonda məktəbi başa vursun. Amma bu reallaşa bilmədi. Xocalı soyqırımı zamanı 1 saylı məktəbdən bizim 4 sinif yoldaşımız şəhid oldu, itkin düşdü. Amma bu gün biz buradayıq. Çalınmayan "Son zəngim"izi öz sinif yoldaşlarımızla qeyd edərək o günlərimizi xatırladıq".

Tehsil-press.az

Oxşar xəbərlər