BDU-da riyaziyyatın aktual problemləri üzrə aparılan tədqiqatlar davam edir

BDU-da riyaziyyatın aktual problemləri üzrə aparılan tədqiqatlar davam edir Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu “Sərhəd şərtləri spektral parametrdən asılı olan dördüncü tərtib adi diferensial tənliklər üçün sərhəd məsələlərinin məxsusi funksiyalarının xassələri” (“Properties of eigenfunctions of a boundary value problem for ordinary differential equations of fourth-order with boundary conditions depending on the spectral parameter”) adlı məqaləsi “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan (IF: 2.4) “Journal of Differential Equations” jurnalında dərc olunub.

BDU-da riyaziyyatın aktual problemləri üzrə aparılan tədqiqatlar davam edir


Məqalədə spektral parametr bütün sərhəd şərtlərində olan dördüncü tərtib adi diferensial tənliklər üçün məxsusi qiymət məsələsinə baxılıb. Məxsusi ədədlərin həqiqi oxda yerləşməsi öyrənilib, onların təkrarlanma tərtibləri tapılıb və məxsusi funksiyaların osillyasiya xassələri tədqiq edilib, məxsusi ədədlər, məxsusi funksiyalar və onların törəmələrinin intervalın uc nöqtələrindəki qiymətləri üçün dəqiqləşdirilmiş asimptotik düsturlar alınıb. Alınmış nəticələr və operator-nəzəri interpretasiyadan istifadə edilərək, bu məsələnin məxsusi funksiyaları sistemindən dörd funksiya atıldıqdan sonra yerdə qalan sistemin Lebeq fəzalarında bazis təşkil etməsi üçün kafi şərtlər müəyyən edilib.

Tehsil-press.az

Oxşar xəbərlər