Üsküdar Universitetinin rektoru "ARB 24" və BDU-nun "NewsLab" təlim proqramının iştirakçıları ilə görüşüb

Üsküdar Universitetinin rektoru Türkiyənin Üsküdar Universitetinin rektoru, professor Nazife Güngör Azərbaycana səfəri çərçivəsində "ARB 24" telekanalı və Bakı Dövlət Universitetinin (BDU) birgə layihəsi olan "NewsLab" təlim proqramının iştirakçıları ilə görüşüb.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova təcrübə proqramı haqqında türkiyəli qonağa məlumat verib. O bildirib ki, təlim proqramı tələbələr üçün geniş imkanlar yaradır, nəzəri bilikləri praktiki şəkildə tətbiq etmək üçün əlverişli platforma rolunu oynayır. Layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Təlimi uğurla başa vuran şəxslərin yarısı "ARB 24"də işlə təmin olunur.

Nazife Güngör layihəni maraqla qarşılayaraq bu təşəbbüsü alqışladığını bildirib. Daha sonra peşə təcrübəsini bölüşən rektor yeni və ənənəvi medianın inkişaf tendensiyaları, mövcud çağırışlar və problemlər barədə danışıb. Üsküdar Universitetinin rektoru gənc jurnalistlərin suallarını cavablandırıb, onlarla medianın inkişafına dair fikir mübadiləsi aparıb.

İnteraktiv formada keçən təlimdə iştirakçılar bir sıra istiqamətlərdə fərqli təcrübələrlə tanış olmaq imkanı əldə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər