BDU və Türkiyənin Halic Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Halic Universiteti arasında anlaşma memorandumu imzalanıb Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Haliç Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Haliç Universitetinin rektoru Nihat İnanç imzalayıb.

Memorandum universitetlər arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1998-ci ildə əsası qoyulmuş Haliç Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. Haliç Universitetdə 17 mindən çox tələbə təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər