BDU Koreya Respublikasının Keimyung Universiteti ilə əməkdaşlıq edəcək

BDU Koreya Respublikasının Keimyung Universiteti ilə əməkdaşlıq edəcək Bakı Dövlət Universiteti (BDU) ilə Koreya Respublikasının Keimyung Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Keimyung Universitetinin rektoru Sinn İlhi imzalayıblar.
Müqavilə iki universitet arasında təhsil, elm və tədqiqat sahəsində əməkdaşlığı, tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsini, birgə layihələrin və tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Əsası 1899-cu ildə qoyulmuş Keimyung Universiteti Koreyanın və dünyanın ən qədim universitetlərindən biridir. İyirmi üç mindən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə 57 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər