Bu gündən etibarən müəllimlərin sertifikatlaşdırma imtahanının müsahibə mərhələsi başlayır. Müsahibə zamanı bəlli olur ki, müəllimlərdə özlərinə inam, güvən hissi zəifdir. Onlar bu prosesdən çəkinir, qorxur və həyəcanlanırlar. Halbuki, müsahibədə onlara hər gün tədris etdikləri fənn barədə suallar təqdim olunur.
Müsahibədən çəkinmədən, həyəcanlanmadan keçmək, özgüvəni artırmaq üçün müəllimlər nələr etməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva bildirib ki, müəllimlərə olan təzyiqlər onların performanslarını zəiflədir:
“Özgüvənsizliyin təməlində hər zaman insanın özünə inamının olmaması dayanır. Müəllimlər öz bilik və bacarıqlarına inanmırlar, güvənmirlər, özlərini yetərsiz hesab edirlər. Təbii ki, bu sadəcə müəllimlərin mənəvi ruh halıyla bağlı deyil, indiki təhsil sistemimizdə bu bir neçə əsas amildən də qaynaqlanır.
Paytaxtda və böyük şəhərlərdə təhsil müəssisələrinin maddi texniki bazası, peşəkar inkişaf sahəsində təlim və kurslara əlçatanlıq mövcuddur, lakin regionlarda yaşayan bir çox müəllim bu formada peşəkar dəstək və təlim ala bilmir, inkişaf edə bilmir və bu onların öz bilik və bacarıqlarına olan inamı zəiflədir.
Müəllimlərə olan daimi təyziqlər və yüksək gözləntilər onların performansını zəiflədir. Cəmiyyətin, məktəbin, eləcə də dərs dedikləri şagirdlərin müəllimlərdən olan yüksək gözləntisi, onların uğursuz olmaq qorxusunu tətikləyir və özunə inamını azaldır. Müsahibə zamanı bu cür qorxu və təşviş müəllimlərin özünü tam şəkildə ifadə etməməsinə gətirib çıxarır. Həmçinin müəllimlərin son dövrlərdə kütləvi şəkildə tənqidə məruz qalmaları, davamlı nəticə əsaslı qiymətləndirmələrin aparılması, sertifikasiya prosesinin təşkili də əlavə stres yaradır. həmçinin onlara özlərini dəyərsiz hiss etdirir. Son zamanların sürətli islahatları, təhsil proqramlarının və nəzəri yanaşmaların sürətlə dəyişməsi müəllimlərin bu dinamikayla ayaqlaşa bilməməsinəə gətirib çıxarır. Onlar müasir tədris tələblərinə uyğunlaşmaqda çətinlik çəkir. Bu zamanda özlərini həm yetərsiz, həm də inamsız hiss edirlər.
Buna görə də hər bir müəllim dönüb özünə baxmalı, bilik və bacarığını, təcrübəsini real şəkildə dəyərləndirməli, öz üzərində işləməli və müəllim kimi peşəkar inkişafı prioritet istiqamət olaraq seçməlidir. Davamlı təcrübə mübadiləsi öz bilik və bacarıqlarına, inam və özgüvəni artırmaqda onlara kömək olacaq.
Əziz müəllimlər, dərindən bildiyiniz mövzulara güvənin, ehtiyac duyduğunuz sahələri inkişaf etdirin. Ən əsası iç səsinizlə danışın. Bu həm özunüzə güvənmənin, həm də müsahibədə uğurunuzun əsasını təşkil edəcək. Sizin hər biriniz dəyərli və bizim üçün qiymətlisiniz. Bunu unutmayın”.
Tehsil-press.az