“Nanopolimer kompozitlər” adlı monoqrafiya nəşr olunub

“Nanopolimer kompozitlər” adlı monoqrafiya nəşr olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanovanın “Nanopolimer kompozitlər” adlı monoqrafiyası nəşr olunub. Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, rəyçisi AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Eldar Zeynalovdur.

Təqdim olunan monoqrafiyada nanopolimer kompozitlərin yaradılması və inkişafı üzrə nəzəri və təcrübi məlumatlar, müasir kompozit materialların yaradılmasının əsas mərhələləri, kompozitlərin üstünlükləri, müasir polimer elminin əsas aspektləri, Azərbaycanda və dünyada nanotexnologiyanın inkişafı haqqında məlumatlar verilir. Laylı silikatlı polimerlərə əsaslanan nanokompozitlər, nanokarbon birləşmələri əsasında yeni materiallar, karbon nanoborucuqları, fulleren, metal-karbon nanohissəcikləri, tərkibində metalların və metal oksidlərinin nanohissəcikləri olan polimer əsaslı nanokompozitlərdən bəhs edilir. Nanohissəciklərin alınması və tədqiqi üsulları, katalizdə nanohissəciklər, nanokompozitlərin bakterisid xüsusiyyətləri, metal nanohissəciklərin və karbon nanoborucuqlarının xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən neft hasilatında istifadəsinə dair məlumatlar əks olunur. Kitab nanopolimer kompozitlər, eləcə də yeni növ kompozit materialların yaradılması imkanları ilə maraqlanan tədqiqatçı, müəllim, doktorant, magistrant və tələbələr üçün nəzərdə tutulub.

265 səhifə və 5 fəsildən ibarət olan monoqrafiya institutun Elmi şurasının qərarına əsasən ADNSU nəşriyyatında çap olunub.

“Nanopolimer kompozitlər” adlı monoqrafiya nəşr olunub


Tehsil-press.az

Oxşar xəbərlər