“Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr (pirrol, pirazol və pirazolin törəmələri)” adlı monoqrafiya nəşr olunub

“Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr (pirrol, pirazol və pirazolin törəmələri)” adlı monoqrafiya nəşr olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, Hеtеrоtsiklik monomerlər laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova və laboratoriyanın aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aynur Qarayevanın həmmüəllifi olduqları “Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr (pirrol, pirazol və pirazolin törəmələri)” adlı kitab nəşr olunub. Monoqrafiyanın elmi redaktoru kimya elmləri doktoru, professor Eldar Məmmədbəylidir.

Təqdim olunan monoqrafiyada üzvi kimyanın inkişafının əsas istiqamətlərindən biri hesab olunan pirrol, pirazol və pirazolinlərin doymamış ketonlar və onların halogenli törəmələri əsasında sintezi sahəsində aparılan tədqiqat işləri ümumiləşdirilib. Həyata keçirilən bir sıra kimyəvi çevrilmələr nəticəsində alınan müxtəlif funksionaləvəzli pirrol, pirazol və pirazolin törəmələrinin tərkibləri və quruluşları müasir fiziki-kimyəvi analiz üsulları ilə təyin edilib, sintez olunan bəzi birləşmələrin bioloji fəallıqlarının təyini istiqamətində əldə olunan məlumatlar təhlil edilib və sistemləşdirilib. Monoqrafiya azotlu üzvi birləşmələr kimyası sahəsində çalışan mütəxəssislər, o cümlədən bu sahədə təhsil alan doktorant, dissertant, magistrant və ali məktəb tələbələri üçün nəzərdə tutulub.

306 səhifə və 4 fəsildən ibarət olan monoqrafiya institutun Elmi şurasının qərarına əsasən ADNSU nəşriyyatında çap olunub.

Tehsil-press.az


Oxşar xəbərlər