Xəbər verdiyimiz kimi, ötən gün sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum bal toplayan Babək rayon Arazkənd ümumi orta məktəbin ingilis dili müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.
Belə ki, o, sertifikasiyanın test imtahanı mərhələsindən 60, müsahibə mərhələsindən 40 bal toplayıb.
Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Dünya Əliyeva ilə əlaqə saxladıq.
Dünya müəllim təəssüratlarını bizimlə bölüşüb.
- Mən, Əliyeva Dünya Nazim qızı Naxçıvan şəhərində anadan olmuşam. Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr, Dilşünaslıq fakültəsinin İngilis dili ixtisası üzrə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra 2019-cu ildə müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayıb pedaqoji fəaliyyətə başladım. 5 ildir ki, Arazkənd ümumi orta məktəbində ingilis dili müəllimi kimi işləyirəm. Lakin ilk qəbul olduğum məktəb Babək rayon Kərimbəyli tam orta məktəbi idi. Burada fəaliyyətimə davam edə bilmədim. Səbəb isə çox maşurut dəyişməli olmağım idi. Hətta yaşadığım yeri dəyişdikdən sonra bu proses daha da çətinləşdi. Gediş-gəliş mənə çətin olmağa başladı.
- Dünya müəllim, sertifikasiya imtahanından maksimum bal toplayan ilk müəllimsiniz. Bu necə bir hissdir?
- Bu xəbəri ilk eşidən zaman sevincim həddi-hüdudu olmadı. Ən çox 2-ci mərhələdə sevinməyə başladım. Əslində, nəticəmin yüksək olacağını gözləyirdim. Çünki mənə təqdim edilən bütün suallara cavab verməyi bacarmışdım. Demək olar ki, suallar hazırlaşdığım mövzulardan idi. İmtahanda heç bir kənar suala rastlaşmadım. Amma yenə də düşünürdüm ki, bəlkə hansısa sualda səhvim ola bilər. Çünki insan özündən tam əmin ola bilmir. Qarşıma məqsəd qoymuşdum ki, maksimum nəticəni toplayacağam. Məqsədimə uyğun olaraq imtahanlara hazırlaşmağa başladım. Ona görə də nəticəmin yüksək olacağından əmin idim.
- Elə imtahana hazırlaşmaqdan söz düşmüşkən, ümumiyyətlə hər iki mərhələdə imatahanlara necə hazırlaşırdınız? Müvafiq kurslara gedirdinizmi?
- Sertifikasiya imtahanlarına özüm hazırlaşmışam. Yəni bunun üçün müəllim yanına getmədim. Həmçinin, “Youtube”platformasından da faydalandığım məqamlar çox oldu. Belə ki, imtahan mövzularını nəzəri şəkildə öyrənib, daha sonra videoda həmin tapşırığın həll yollarına baxırdım. Bu da mənə çox kömək oldu..
- Sertifikasiya imtahanı başladığı müddətdə cəmiyyətdə belə bir fikir səslənirdi ki, xarici dil müəllimlərinin nəticələri o qədər də uğurlu olmayacaq. Lakin bu gün imtahandan maksimum balı toplayan elə ingilis dili müəllimi oldu. Bu fikrə münasibətiniz necədir?
- Bəli, qeyd etdiyiniz kimi bu gün xarici dil müəllimləri daha yaxşı nəticə əldə edirlər. Məncə, bu cür düşünmək düzgün deyil. Çünki bu müəllimlərə haqsızlıqdır. İxtisasa görə müəllimləri ayırmaq doğru deyil.
- Buradan həmkarlarınıza tövsiyəniz nə olardı?
- Düşünürəm ki, hər bir müəllim tədris etdiyi bütün mövzuları tam mənimsəməyə çalışmalıdır. Bəziləri qeyd edir ki, “Kurikulumu mütləq əzbərləmək lazımdır, yoxsa imtahan çətin olacaq”. Əksinə, əzbərləyən adam üçün imtahan çətin olacaq. Əgər sən mövzunu dərk etmisənsə, mövzuya aid olan praktik sualları asanlıqla həll edəcəksən. Bu zaman nəticə də yüksək olur. Mövzunu dərk etmək üçün bəzən təkcə oxumaq yetmir. Bunun üçün mövzuları əhatə edəcək videolara da baxmaq lazım gəlir. Təkcə müəllimlər deyil, hər kəs öz peşəsini, sənətini sevməlidir. Bir insan işini sevərək icra edirsə, o zaman istədiyi uğura sahib ola biləcək.
Tehsil-press.az