Təhsil İnstitutu BDU-da “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edib

Təhsil İnstitutu BDU-da “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edib Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.

Seminarda çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini iştirakçıların diqqətinə çatdırıb, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində Universitetdə keçirilən müxtəlif tədbir və layihələrdən danışıb.

Təhsil İnstitutunun əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova iştirakçıları dövlət qurumları tərəfindən narkotik maddələrin qanunsuz istifadəsi, yayılması və alverinə qarşı aparılan tədbirlərlə tanış edib.

Seminarda “Sevməyi seç, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?”, “Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri”, “Asılılıq nədir: psixoloji aspektləri və səbəbləri” və s. mövzularda müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər