BSU-da tələbələr narkomaniyanın fəsadları barədə maarifləndirilib

BSU-da tələbələr narkomaniyanın fəsadları barədə maarifləndirilib Bakı Slavyan Universitetində (BSU) Xarici dil müəllimliyi fakültəsinin, həmin fakültənin nəzdində fəaliyyət göstərən Germanistika İnstitutunun və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox!" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova müasir dünyamız üçün böyük bəlaya çevrilmiş "ağ ölümlə" mübarizə tədbirlərindən, xüsusilə gənclər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun baş məsləhətçisi Vasif Quliyev tədbirin təşkilinə görə BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib və mövzu haqqında təqdimatla çıxış edib. Maraqlı slaydlarla müşayiət olunan təqdimatda narkomaniyanın fəsadları, doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinin statistikası, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə ətraflı məlumat verilib və tələbələrə bu zərərli vərdişdən uzaq durmağı tövsiyə edib.
Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov mövzunun aktuallığını vurğulayıb və narkomaniyanın ağır nəticələri barədə fikirlərini bölüşüb.
Tədbirdə tələbələrin sualları cavablandırılıb, onlara maarifləndirici broşürlə, bukletlər və metodik vəsaitlər paylanılıb.

Tehsil-press.az




Oxşar xəbərlər