Dünən, 13 dekabr idi, üstəlik cümə günü. Yoxlanmış, AMEA tərəfindən təsdiqlənmiş elmi məlumatlara görə əgər ayın 13-ü cüməyə düşürsə, həmin bölgədən kataklizmlər, ümumiyyətlə, hər cür klizmlər qaçılmaz olur. Məsələn, korrupsiya artır. Bürokratik əngəllər çoxalır. Xalq əleyhinə yeni qanunlar qüvvəyə minir. Mərrix ulduzunun yeri dəyişir, qışa hazırlıqda problemlər yaranır, ətin qiyməti qalxır və sairə.
Əgər hazırda bu cızmaqaranı sərbəst oxuyursunuza, min şükür. Deməli elliklə daha bir fəlakətdən qurtulmuşuq. Qoç bürcündə anadan olanları 14 dekabrda çoxlu eşq-məhəbbət də gözləyir, əlavə olaraq bildirmək istəyirəm.
Qayıdaq gündəmimizə. (AYB üzvü olan gənc şairlərə romantik poemalar üçün yeni, postmodern qafiyə təklif edirəm: “gündəmimiz-gündəyməzimiz”). Dünən Milli Məclisdə hərbi çağırış haqda qanuna dəyişikliklər müzakirəyə çıxarılmışdı. Örnək üçün, əsgərliyə çağırış yaşı 35-dən 30-a endiriləcəkdir. Kollec uşaqları da universitet tələbələri kimi möhlət hüququ alacaqdır. Hərbi çağırışı düzgün qurmayan işçilər üçün cərimələr artacaq və sairə.
Yaxşı temalardır. Mənim də bir-iki təklifim var, vətəndaş olaraq Milli Məclisə təklif hüququmdan yararlanmaq istəyirəm.
İlk olaraq, səfərbərlik idarələri müdirləri, hərbi komissiya həkimləri və sairə yoldaşlar rüşvət üstündə tutulanda onların əmlakı müsadirə edilir, ancaq hara gedir, xəbərimiz olmur. Təklif edirəm həmin villalar şəhid analarına hədiyyə edilsin. Ofis və evlərdən, hesablardan çıxan qanunsuz pullarla orduya silah alınsın, üzərində qeydiyyat aparılsın. Məsələn, tankın üstündə belə yazmaq olar: “Bu tank Filan rayonun hərbi komissarı Behmankəs müəllimin yastığının altından çıxan dollar hesabına alınaraq vətənə fəda edilmişdir! Urra!”
Belə şeylər gənc nəslin patriotizm ruhunda böyüməsi üçün çox vacibdir. Məsələn, mənim yadımdadır, cəbhə xəttində əsgəri xidmətim zamanı bütün səngər yoldaşlarım icra başçılarının uşaqları idilər. Nəticədə ölkəmizin coğrafiyasını öyrənirdik.
Gənc nəsil demişkən, ikinci səmərələşdirici təklifim məktəblilərin ilkin hərbi qeydiyyata alınması proseduruna aiddir. Hazırda bu işi həyata keçirmək, nə qədər qəribə olsa da, valideynlərin üzərinə atılıb. Valideyn uşağı poliklinikaya aparmalı, bütün yoxlamalardan keçirməlidir. O cümlədən, JEK, Asan-xidmət kimi yerlərdən arayışlar, sənəd-sünəd toplayıb hamısını məktəbdəki hərbi hazırlıq müəllimi adlı bekar adama təhvil verməlidir. Nə üçün? Xidmət vətənə, dövlətə lazımdırsa, onun bütün pillələrdə təşkilini də dövlət, vətən özü düzüb-qoşmalıdır. Hazırkı vəziyyətdə bu işi valideynlərin ixtiyarına buraxmaq SSRİ dağılan vaxtlar yaratdığımız könüllü özünümüdafiə batalyonlarının təşkilinə oxşayır.
Təkliflər çoxdur, hələlik mikrofonu xalqın təmsilçilərinə verirəm. Xalq demişkən, hazırda bölgəmizdə müzakirə edilən mövzulardan biri də Bəşar Əsədin Moskvaya nə qədər pul aparmağıdır. Bunun özü paradoksal vəziyyətdir: camaat Moskvada bazarda işləyib evə, arvad-uşağa pul yollayır, sən isə Suriya camaatından pul əkişdirib Moskvaya aparırsan. Moskva əski diktatorların ofşor zonasıdır sanki.
Məbləğin 135 milyard dollar olması efirə buraxılıb, bəziləri isə buna şübhə edir. Deyirlər guya o qədər pulu Suriyadan Moskvaya aparmaq üçün qatar lazım imiş, çəki çox ağırdır və sairə. Boş söhbətdir, apara bilərdi. Çünki 100 dollarlıq ABŞ əskinasının - kağız yüzlüyün 1 ədədinin 1 qram olması məlumdur. Deməli, 1 milyard dolları çəksək, 10 ton edir. Əsədin ruslara məxsus İL-76 hərbi nəqliyyat təyyarəsində qaçdığı söylənir, o təyyarə isə 60 tona yaxın yük daşıya bilir. Deməli, Əsəd Moskvaya bir dəfəyə, özü ilə 6 milyard dollar apara bilərdi. Arvad-uşağı qabaqca aparanda da 6 milyard yükləyibsə (arvad-uşağın diri çəkisini çıxmaq şərtiylə), min bərəkət. 12 milyard yaxşı puldur. Min, hətta milyard bərəkət. Yeyib doymaq olar. (Hesabımız düz gəlmədi, vəziyyətdən çıxıram).
Hərçənd, rus ordusu üçün Əsədə 10 dənə İL-76 ayırıb bütün milyardları daşıması da asan iş idi.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm bir komissar villadakı seyfinə neçə dollar yerləşdirə bilər?
Tehsil-press.az