Tayvan ordusunda 2,8 milyard dollar dəyərində hərbi əmlak yoxa çıxıb

Tayvan ordusunda 2,8 milyard dollar dəyərində hərbi əmlak yoxa çıxıb Tayvan Silahlı Qüvvələrində təxminən 2,77 milyard dollar dəyərində hərbi əmlak yoxa çıxıb.
Baş qərargahın təchizat şöbəsinin hesabatları ilə hərbi hissələrdə və anbarlarda əmlakın inventarlaşdırılmasının nəticələri ilə tutuşdurulması zamanı irimiqyaslı uyğunsuzluqlar aşkar edilib. O cümlədən, silahlı qüvvələrin balansında olan 430 minə yaxın hərbi əmlak yoxa çıxıb və hərbçilər bu əşyaların harada olduğunu izah edə bilməyiblər.
Eyni zamanda, auditorlar anbarlarda da “artıqlıqlar” aşkar ediblər: yoxlama zamanı hərbi obyektlərdə kağızlarda heç bir şəkildə əks olunmayan 560 min əşyanın olduğu aşkarlanıb. Belə əşyaların ümumi dəyəri NT$141,66 milyard (təxminən 4,47 milyard dollar) dəyərində qiymətləndirilir.
Qəzet itmiş və ya əksinə artıq miqdarda saxlanılan hərbi təyinatlı məhsulların növlərinin adını vermir. Bununla belə, auditorların rəyində qeyd edildiyi kimi, hərbçilər anbarlarda çatışmazlıq və ya artıqlığa görə heç kimi məsuliyyətə cəlb etməyib, bu cür irimiqyaslı uyğunsuzluqların səbəblərini araşdırmayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər