Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər

Polimer Materialları İnstitutunda  Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin “Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” ixtisası üzrə təhsil alan 528q-22 saylı qrupunun qiyabi şöbəsinin tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda təcrübə keçirlər.

Tələbələrə təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları və təhlükəsiz iş şəraitinin yaradılması haqqında məlumat verilib. Təcrübə müddətində tələbələrə institutun Fiziki-kimyəvi analiz və Polimer materiallarının fiziki-mexaniki tədqiqatları şöbələrində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri haqqında məlumatlar verilir, aparılan analizlər nümayiş etdirilir. Onlara təhsil müddətində əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və praktiki vərdişləri formalaşdırmaq üçün şərait yaradılır.

Qeyd edək ki, 01 dekabrdan başlayan istehsalat təcrübəsi 28 dekabr 2024-cü il tarixinə qədər davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər