Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmidi, Küveyt Dövlətinin səfiri Məhəmməd Feysəl Əl-Muteyri və Qətər Dövlətinin müvəqqəti işlər vəkili Hamad Xalaf Al-Hemaidi ilə görüşüb.
Rektor səfirləri Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da görməkdən məmnunluğunu bildirib, ölkəmizin ərəb dövlətləri ilə uğurlu əməkdaşlıq, dostluq münasibətlərinə malik olduğunu qeyd edib.
O bildirib ki, ərəb ölkələri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Azərbaycan və ərəb dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir. Ərəb ölkələri həmçinin Azərbaycanın haqq savaşında daim mənəvi və siyasi dəstək veriblər. Rektor Azərbaycanla ərəb ölkələrinin elm, təhsil sahəsindəki əməkdaşlığının ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb.
Rektor Şərqşünaslıq fakültəsinin BDU-nun ən qədim fakültələrindən olduğunu diqqətə çatdırıb, fakültədə ərəb dilinin tədrisi, bu sahədə qazanılan uğurlar barədə məlumat verib. Rektor BDU-nun digər sahələr üzrə də əməkdaşlığa açıq olduğunu bildirib, ərəb ölkələrinin universitetləri ilə memorandumların imzalanması, ikili diplom proqramlarının hazırlanmasının əhəmiyyətindən söhbət açıb. Rektor Şərqşünaslıq fakültəsində Ərəb dili və mədəniyyəti mərkəzinin açılması fikrini irəli sürərək, belə bir mərkəzin ərəb dilinin öyrənilməsi sahəsində böyük əhəmiyyət daşıyacağını qeyd edib.
Səfirlər Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Ərəb Dili Gününün qeyd olunmasını olduqca təqdirəlayiq hadisə kimi qiymətləndirib, BDU ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Tehsil-press.az