Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində BDU nümayəndə heyəti ilə görüş

Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində BDU nümayəndə heyəti ilə görüş Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində olub.

Səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Dövlət Hüquq Universitetinin gənclərlə iş üzrə prorektoru Axrorxon Xoşimxonov ilə görüşüb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında 2021-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyəti vurğulanıb. Müqavilədə nəzərdə tutulan tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə elm, təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Görüşdə iki universitet arasında beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər