Ərdoğandan onu tanımayan qadına yumorla CAVAB

Ərdoğandan onu tanımayan qadına yumorla CAVAB Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldan olan yaşlı qadının onun barəsində nəzərəçarpacaq dərəcədə qocalması ilə bağlı açıqlamasını yumorla qarşılayıb.

Bu hadisə prezidentin Arnavutköydəki “sosial şəhərciyin” sakinləri ilə görüşü zamanı baş verib.

Qadınlardan biri Ərdoğanı tanımasa da, sonra onun qarşısında kimin oturduğunu anlayıb. O, qışqıraraq Ərdoğan barədə “Oh! Amma qocalıb”, - deyib.

Türkiyə lideri bu sözlərə “Kim yaşlanmır? Hamımız qocalırıq” deyə yumorla cavab verib.

Tehsil-press.az

Oxşar xəbərlər