BANM-də “Keyfiyyətli təhsil - Müasir çağırışlar” adlı forum keçirilib

BANM-də “Keyfiyyətli təhsil - Müasir çağırışlar” adlı forum keçirilib SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Keyfiyyətli təhsil – Müasir çağırışlar” adlı forum keçirilib.

Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BANM tərəfindən təşkil olunub.

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək təhsildə keyfiyyətin təminatının əhəmiyyəti və bu sahədə həyata keçirilən islahatlar barədə məlumat veriblər.

Məqsəd Bakı və Abşeronda yerləşən ali təhsil müəssisələrinin keyfiyyət təminatı strukturlarının əməkdaşlarını bir araya gətirərək müasir çağırışlar və perspektivlər haqqında müzakirələr aparmaqdır.

Forum TKTA-nın nümayəndələrinin təqdimatları ilə davam edib.

BANM-də “Keyfiyyətli təhsil - Müasir çağırışlar” adlı forum keçirilib
BANM-də “Keyfiyyətli təhsil - Müasir çağırışlar” adlı forum keçirilib
BANM-də “Keyfiyyətli təhsil - Müasir çağırışlar” adlı forum keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər