"İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq" - AÇIQLAMA

İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

Molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.

Bəs görəsən İran bu təxribatlarına görə Azərbaycandan üzr istəyə bilərmi?

Mövzu ilə bağlı politoloq Turan Rzayev açıqlama verib:

"İran ilk dəfə deyil ki, bu "molla"lar üzərindən ölkəmizə qarşı qara piar kompaniyası aparır. Bu, ilk olmadığı kimi, böyük ehtimalla son da olmayacaq. İran özünü elə aparır ki, sanki bu şəxslər həqiqətən müstəqil iradəyə sahibdirlər və onlar subyektiv fikir səsləndirirlər. Lakin bu, belə deyil. Məlum məsələdir ki, İranda azad fikir, ifadə forması deyə birşey yoxdur. Orda molla rejimi totalitar, teokratik bir rejimdir və onların tabeliyində olan funksionerlər, əmmaməli trollar dəstəsi var. Bu dəstələr Allah fətvası əsasında danışdıqlarını iddia etsələr də, itaət etdikləri, Allah saydıqları "lider"lərinin üzərindən ölkəmizə və prezidentimizə təhqiramiz ifadələr səsləndirirlər. Aydın məsələdir ki, bu ifadələri səsləndirən şəxslər birbaşa İrandan təlimat alır. Tehran ancaq bu yolla Azərbaycana qarşı nəsə etdiyini düşünür. Bunlar çox ucuz və zəif taktikalardır. Məntiqlə baxsaq, İran Azərbaycandan daha güclüdür, ərazisi böyükdür. Amma buna rəğmən onlar bizə qarşı heç nə edə bilmir və bu onları narahat edir. Bu səbəbdən də belə variantlardan istifadə edirlər.

Nəticə etibarı ilə mən bir üzr istəniləcəyini düşünmürəm. Amma münasibətlərin normallaşması üçün bir addım atıla bilər. Əslində Azərbaycanın İrandan üzr gözləntisi olduğunu da düşünmürəm. Çünki, biz İranın xislətinə bələdik. İran terrorist mahiyyətli, din adı altında iperealist maraqlarını irəli sürən ölkədən başqa birşey deyil. Orada istər şah olsun, istərsə də molla. Bu, onun xislətindən qaynaqlanan birşeydir. Buna görə də bizim belə bir rejimlə hər hansı uzlaşmaya gələcəyimizi düşünmürəm. Qısaca, İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq. İran öz şimalında Azərbaycan adlı bir dövlətin varlığını qəbul etmir, heç vaxt da etməyəcək. Çünki, həmin Azərbaycanın bir də cənubu var və bu cənub faktoru İranı hər zaman qorxudur. İran parçalanıb kiçilmədiyi təqdirdə aramızda sağlam əməkdaşlığın baş verəcəyinə inanmıram".

Tehsil-press.az

Oxşar xəbərlər